YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər seçkisinə doğru...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Pirallahı rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, təşviqat qrupunun üzvləri Bəhruz Quliyev, Əli Kərimov, Duman Zeynalov və Sevda Alxasova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, fevralın 7-də keçiriləcək Zəfər seçkiləri şanlı tariximizə daha bir möhtəşəm uğur kimi yazılacaq. Bildirilib ki, seçkilər dövlətin və cəmiyyətin həyatında həlledici rola malikdir. Buna görə də qarşıdan gələn seçkilərdə iştirak etmək olduqca zəruridir.

Görüşdə iştirak edən seçicilər fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.