YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Ölkəmizin gələcəyini Müzəffər Liderə əmanət edəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ordubad rayonunda seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, təşviqat qrupunun üzvləri Könül İsmayılova, Mahir Şıxəliyev, Zahid Sadıqlı və Emin Qənbərli çıxış ediblər.  

Çıxışçılar bildiriblər ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunub. Bu Zəfərlə Azərbaycan bir dövlət kimi özünü bütün dünyaya tanıtdı, gücünü təsdiqlədi. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Natiqlər xalqın Zəfər seçkisinə böyük sevinc və qürurla getdiyini vurğulayaraq 2003-2023-cü illərdə cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi nailiyyətlərə və qələbələrə imza atıldığını, ilk dəfə seçkilərin bütün ölkə ərazisində keçiriləcəyini diqqətə çatdırıblar. Seçiciləri 7 fevral prezident seçkilərində hamılıqla  məntəqələrə gəlib qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verməyə çağırıblar. 

Ordubadlı seçicilər ölkəmizin gələcəyini qətiyyətli, Müzəffər Lider İlham Əliyevə əmanət edəcəklərini söyləyiblər.