YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfərlərə davam!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yasamal rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, partiyanın Gənclər birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Nuru Məmmədov, Kamran Eyyubov, Cəbi Bəhramov və Əyyub Kərimov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin siyasi mənzərəsini kökündən dəyişib. Milli və dövlətçilik maraqlarımızın qorunması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirib.

Natiqlər  seçiciləri ölkəmizin yeni qələbələrə və uğurlara imza atması üçün seçki günündə fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində fevralın 7-də ölkənin tərəqqisi naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini vurğulayıblar. “Zəfərlərin davamı üçün qalib Liderə səs verəcəyik” ,- deyə vurğulanıb.