YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq-iqtidar birliyi gücümüzün mənbəyidir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunun Hökməli qəsəbəsində seçicilərlə görüş keçirilib.

Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərdən, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflərdən geniş söhbət açılıb.

Qeyd olunub  ki, bu gün güclü iqtisadiyyata, sabit siyasi həyata malik olan Azərbaycanda milli birlik və həmrəylik mövcuddur. Xalq-iqtidar birliyi gücümüzün mənbəyidir.

Natiqlər seçiciləri Azərbaycanın bundan sonrakı dövrdə tərəqqi və Zəfər yolunda inamla irəliləməsi, parlaq nailiyyətlər qazanması, yeni zirvələr fəth etməsi üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər qalib Lider İlham Əliyevə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.