YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqımız öz seçimində yanılmır!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, şəhid valideynləri Elbəyi Əsgərov, Fərman Kazımov, Mehdi Adıgözəlov, təşviqat qrupunun üzvləri Vahid Quliyev, Ariz Mikayılov və Fariz İmamverdiyev çıxış ediblər.

Qeyd edilib ki, cənab İlham Əliyev son 20 ildə ölkəmizi yüksək inkişaf səviyyəsinə çatdırıb. Azərbaycanın müxtəlif sahələrdə böyük inkişaf yolu keçməsi, suverenliyimizin tam bərpa olunması bir daha sübut edir ki, xalqımız öz seçimində yanılmayıb. Cənab İlham Əliyev bənzərsiz siyasəti ilə güclü Lider olduğunu əyani olaraq təsdiq edib.

Bildirilib ki, 7 fevralda keçiriləcək prezident seçkiləri ilk dəfədir ki, bütöv və qüdrətli Azərbaycanın hər bölgəsini əhatə edəcək və bu da möhtəşəm tarixi hadisə kimi heç zaman yaddaşlardan silinməyəcək.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə Zəfər zirvəsini fəth etməklə Azərbaycanın şanlı tarixini yazan cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar. 

Vətən müharibəsi şəhidi Emin Kazımovun Yevlax şəhərində yaşayan ailə üzvləri də ziyarət olunub.