YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq uğurlu gələcəyə səs verəcək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Tərtər rayonunun Xoruzlu və  Kəbirli kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə  Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Tərtər rayon  təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Ağalar Vəliyev, təşviqat qrupunun üzvləri Emin Quliyev, Vidadi Məmmədzadə, Şölə Manafova, Fitat Əliyeva, Oqtay Sarıkişiyev və Mehman Babayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində tarixi Zəfər qazanmışıq, 30 illik işğala son qoyulub. Diqqətə çatdırılıb ki, möhtəşəm uğurların qazanılmasında gənclərin mühüm rolu var.  Prezident İlham Əliyevin siyasəti xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyi xüsusi vurğulanıb.

Çıxış edən seçicilər deyiblər ki, fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə yenilməz Lider İlham Əliyevə  səs verəcəklər.