YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Rifah və inkişaf naminə…

“Qalib Liderimiz İlham Əliyevə səs verəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Quba rayonunun Vladimirovka, Mirzəməmmədkənd, Ağbil, Əlibəyqışlaq və Dəlləkli kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvü Şirin Müzəffərov və şəhid anası Tünzalə Abduləlimova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanın uğurları günbəgün artır və xalqımızın rifah halının daha da yaxşılaşdırılması təmin edilir. Natiqlər seçiciləri Azərbaycanın parlaq gələcəyinə, ölkəmizin yeni zəfərlərə imza atması naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Qubada fərdi görüşlər də keçirilib. Görüşlərdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Təbriz Qurbanov, Saməddin Nəsirov və Kamran Əliyev xalqımızın növbəti dəfə cənab İlham Əliyevə səs verəcəyinə əminlik ifadə ediblər.

Qüdrətli Azərbaycanla qürur duyduqlarını ifadə edən seçicilər “Qalib Liderimiz İlham Əliyevə səs verəcəyik”,- deyə vurğulayıblar.