Seçki-2024
İlham Əliyev taleyüklü məsələlərin həllinə nail olan qətiyyətli Liderdir!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Lənkəran şəhəri Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirilib.
Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Milli Məclisin komitə sədri Ziyafət Əsgərov, təşviqat qrupunun üzvləri İbrahim Quliyev, Hadı Rəcəbli və Camal Həsənov çıxış ediblər.
Çıxış edənlər təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçısı İlham Əliyevin inamla davam etdirdiyi inkişaf strategiyasının ölkəmizdə taleyüklü məsələlərin həllində müstəsna roluna diqqət çəkiblər. Natiqlər cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə qazanılan uğurlardan ətraflı bəhs ediblər.
Təşviqat qrupunun üzvləri Azərbaycanın bundan sonra da qüdrətli dövlət kimi inkişaf yolunda irəliləyəcəyinə inamlarını ifadə ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.