YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Azərbaycan reallığı!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Nizami rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, təşviqat qrupunun üzvləri Laura Quliyeva, Ramil Mehdiyev, Könül Mustafazadə və Həmidə Ələfsərova çıxış ediblər.

Görüşdə qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər tam yerinə yetirilib, xüsusilə Azərbaycan xalqının ən ağrılı problemi olan  Qarabağ məsələsi kökündən həll edilib, torpaqlarımız erməni işğalından azad olunub. Bütün bu reallıqlar Azərbaycanın qüdrətini nümayiş etdirir.

Natiqlər ilk dəfə səs verən şəxsləri maraqlandıran sualları cavablandırıb, onları prezident seçkilərində fəal olmağa dəvət ediblər.

İlk dəfə səs verəcək gənclər fevralın 7-də yüksək fəallıq nümayiş etdirəcəklərini, mütəşəkkil qaydada səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün təşviqat qrupunun üzvləri bir sıra görüşlərdə də iştirak ediblər.