YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər seçkisi yeni tarixi qələbələrə zəmin yaradacaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Nərimanov rayonunda  ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşviqat qrupunun üzvləri Rasim Rzaxanov, Təhmasib İmaməliyev və digərləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Qeyd olunub ki, gənclərin milli ruhda təlim-tərbiyəsi, sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq potensiallarının stimullaşdırılması hər zaman dövlət siyasətinin gündəliyində olub.

Natiqlər seçkilərin əhəmiyyətini diqqətə çatdıraraq vurğulayıblar ki, Zəfər seçkisi yeni tarixi qələbələrə zəmin yaradacaq.

Çıxış edənlər ilk dəfə səs verəcək gənclərin bu tarixi prosesdə - Zəfər seçkisində iştiraklarınin önəmini vurğulayaraq onları həm ictimai-siyasi həyatda, həm də seçki kampaniyasında fəal olmağa və öz səsvermə hüquqlarından istifadə etməklə gələcəyə səs verməyə çağırıblar.