YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfər seçkilərinin qalibi İlham Əliyev olacaq

Zərifə Quliyeva

YAP Veteranlar Şurasının üzvü

Fevralın 7-də keçiriləcək prezident seçkiləri mövcud reallıqların fonunda yeni dövrün tələbi və gələcək inkişafımızın başlanğıcıdır. Zəfər seçkiləri kimi qiymətləndirilən bu seçkilər Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək, tarixin ən qürurverici seçkisi kimi yadda qalacaq. İftixarla qeyd etmək lazımdır ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqı artıq qalib xalq olaraq iştirak edəcək.   

Yeni əsrin yeni Lideri

Müzəffər Ali Baş Komandan İlham Əliyev adını təkcə ölkəmizin zəngin tarixinə deyil, dünya tarixinə qızıl hərflərlə əbədi həkk etdirib. Ona görə də şübhəsiz, yaranmış yeni reallıqlar fonunda qalib xalqın səsvermə hüququ olan hər bir nümayəndəsi Zəfər seçkilərində qalib Liderə səs verərək gələcək tərəqqi və rifahımıza dəyərli töhfə bəxş edəcək, tariximizin ən möhtəşəm Zəfərinə öz münasibətini bildirəcək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təkcə dünənin və bu günün deyil, həm də gələ­cəyin Lideri olduğunu ifadə edəcəklər.  Qalib xalqın hər bir nümayəndəsi inanır ki, Zəfər seçkilərinin qalibi  məhz Liderimiz cənab İlham Əliyev olacaq.

Azərbaycan xalqının bu tarixi seçimini şərtləndirən vacib amil, şübhəsiz, ki, yeni əsrin yeni Lideri kimi xarakterizə olunan cənab İlham Əliyevin bütün vəzifələri çox böyük uğurla reallaşdırması, nümayiş etdirdiyi xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə istisnasız hər kəsin inamını qazanmasıdır.

Xalqımızın 20 il əvvəlki seçimi bugünkü Azərbaycanın, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasına çıxmasını şərtləndirdi. Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun cənab İlham Əliyev kimi görkəmli dövlət xadimi, qüdrətli, güclü, dünyada böyük nüfuza və hörmətə malik Lideri var. Bu gün xalqımız haqlı olaraq öz tarixinin bu şanlı səhifələri üçün Müzəffər Ali Baş Komandanı İlham Əliyevə minnətdardır.

Tarixi Qələbəmiz bənzərsiz siyasi hadisədir

Ulu Öndərin layiqli varisi, qalib Lider İlham Əliyevin əsrlərə bərabər 20 illik prezidentlik fəaliyyəti nəticəsində ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası çoxəsrlik Azərbaycan tarixinin təkrarı ol­mayan nadir hadisəsidir. Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində hərbi paradın keçirilmə­si Heydər Əliyev ideyalarının möhtəşəm təntənəsidir.

Xalqımızın Zəfəri ilə başa çatan Vətən savaşının yaratdığı əsas reallıqlar­dan biri Azərbaycanın tarixində yeni inki­şaf mərhələsinin başlanmasıdır. Bu mər­hələdə qarşıya qoyulan prioritetlər bəllidir və Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, indi dövlətimizin milli ideyası işğal­dan azad olunmuş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. 

Yeni zəfərlərə səs verək

Qeyd etdiyimiz kimi, son 20 ildə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi siyasətini inkişaf etdirərək Azərbaycanı dünyada güclü ölkələr sırasına yüksəldib. Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ötən 20 ildə Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən, qüdrətli ordu quran, strateji hədəflərinə doğru inamla addım­layan, dünya birliyində layiqli yer tutaraq etibarlı tərəfdaş kimi tanınan, beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqe tutan bir ölkəyə çevrilib. Hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin sosial sahəyə yüksək qayğısı nəticə­sində ölkəmizdə vətəndaş rifahının və məmnunluğunun təmini istiqamətində mühüm tarixi nailiyyətlər əldə olunub.

Hazırda Azərbaycan dünya miqyasında müstəqil siyasəti, beynəlxalq nüfuzu, regionda uğurlu fəaliyyəti ilə güclü ölkələr sırasındadır. İndi – yeni mərhələdə ölkəmiz üçün ən mühüm siyasi hadisə fevralın 7-də keçiriləcək prezident seçkiləridir. Heç şübhəsiz, müdrik xalqımız  bu dəfə də düzgün seçim edəcək, dövlətimizin parlaq gələcəyinə, inkişafına, ölkəmizdəki əmin-amanlığa, qalibiyyətlər tariximizin davamına, bir sözlə, yeni zəfərlərə səs verəcəkdir!