YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq-Lider birliyi sarsılmazdır!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində Qubadlı rayon seçiciləri ilə görüş keçirilib.

Görüşdə Dövlət Himni səsləndirilib, Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupnun üzvləri, Möhlət Orucov, Zakir Qasımov, İlkanə Məmmədli, Yusif Yusifov və Aynur Hüseynova çıxış ediblər.

Qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları ölkəmizin qarşısında yeni perspektivlər açıb. Hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib.

Cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfər, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi səlnaməsinə qızıl hərflərlə əbədi yazılacaqdır. Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük nailiyyətimiz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır.

Seçicilər vurğulayıblar ki, prezident seçkilərində Azərbaycanın işıqlı gələcəyi naminə cənab İlham Əliyevi dəstəkləyəcəklər.