YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Növbəti möhtəşəm uğurlara doğru…

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də YAP Kürdəmir rayon təşkilatının qərargahında ziyalılar, ağsaqqallar və ilk dəfə səs verəcək seçicilərlə   görüş keçirilib.

Görüşlərdən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşlərdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, təşviqat qrupunun üzvləri - şəhid atası Bahadur Paşayev, Ayyət Nəsirov, Elmira Şıxəliyeva, Nicat Ağarəhimov və Sənan Ələsgərov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, bu gün hər bir azərbaycanlı dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək növbəti möhtəşəm uğurlara doğru inamla addımlayır. 20 ilin uğurlarının zirvəsində Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası dayanır. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi siyasət Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Bütün bu hədəflərə nail olmaq üçün seçicilərə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevi dəstəkləməyə çağırış edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.