Seçki-2024
“Qarabağı azadlığa qovuşduran Müzəffər Liderə səs verəcəyik!”
2024-ci il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Füzuli şəhərində və Şükürbəyli kəndində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşviqat qrupunun üzvləri Umud Mirzəyev, Almaz Həşimova, Rafael Zülfiqarov və şəhid anası Tamella Məmmədova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, fevralın 7-də keçiriləcək prezident seçkilərini Zəfər seçkisi kimi dəyərləndirilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq prezident seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində Qarabağı azadlığa qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyevə tam dəstək göstərməyə, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər də xalqa tarixi Zəfər qazandıran qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.