YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Bütün mədəniyyət və incəsənət xadimlərini cənab İlham Əliyevə səs verməyə çağırıram”

“Sənət adamı olaraq həmişə mədəniyyət və incəsənət nümayəndələrinə diqqət və qayğı görmüşük”.

Bu fikri tanınmış tarzən, Xalq artisti Zamiq Əliyev söyləyib.

Z.Əliyev qeyd edib: “Əlbəttə, biz çalışırıq ki, bu diqqət sahəsində öz işimizlə nəticə göstərək. Dünyanın harasında oluruqsa, ölkəmizi öz muğamımızla layiqincə təmsil edirik. Bu mənada, mən özümü Prezident İlham Əliyevə borclu hesab edirəm. Çünki dövlətimizin başçısı bu sahəyə böyük diqqət göstərir. Bir tarzən kimi fəxr edirəm ki, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında tarımız reprezentativ siyahıya daxil olub. Bu, böyük nailiyyətdir”.

Z.Əliyev bütün mədəniyyət və incəsənət xadimlərini cənab İlham Əliyevə səs verməyə çağırıb.