Seçki-2024
Hər bir azərbaycanlı öz qüdrətli dövləti ilə qürur duyur!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də YAP Qaradağ rayon təşkilatının qəragahında ağsaqqal və ziyalılarla görüş keçirilib.
Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, təşviqat qrupunun üzvləri Ramin Məmmədov, Qalina Qasımova, Zahid İbrahimov, Bayram Məmmədov, Məqsud Heydərov, şəhid anaları Pakizə Abbasova və Fəridə İsmayılova çıxış ediblər.
Çıxışlarda fevralın 7-ə təyin edilmiş prezident seçkilərinin əhəmiyyətindən, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı naliyyətlərdən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının bu gün də uğurla davam etdirilməsindən bəhs edilib. Bildirilib ki, uzun müddət işğal altında saxlanılmış torpaqlarımızın azad edilməsi, suverenliyimizin tam bərpa olunması ilə ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyub. Qarşıdan gələn prezident seçkiləri də yeni inkişaf dövrünün başlanğıcı kimi dəyərləndirilir.
Görüşün sonunda Qaradağ rayon ziyalıları və ağsaqqalları Azərbaycanın Zəfər tarixini yazan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə aparan Liderə səs verəcəklərini vurğulayıblar.