YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Dəmir yumruq” kimi birliyimizi bir daha nümayiş etdirək!

Xətai rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il  fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 17-də  Xətai rayonunda seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı ərazi bütövlüyü və suverenliyi tam təmin olunan Azərbaycanla qürur duyur. Bu xoşbəxtliyi bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham  Əliyevə, rəşadətli ordumuza minnətdarıq. 30 il xalqımız bu arzu ilə yaşadı ki, ərazi bütövlüyümüz təmin olunsun, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, Qarabağımız cənnət məkana çevrilsin. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyinin ilk illərində böyük faciələrlə üz-üzə qalan Azərbaycan düşünülmüş və gələcəyə hədəflənən siyasətin nəticəsində bu çətinlikləri arxada qoyaraq inkişaf, tərəqqi yoluna çıxdı.

Qeyd olunub ki, 1993-2003-cü illər tariximizə dirçəliş, inkişaf dövrü kimi yazıldı. 2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqa müraciətində İlham Əliyevə özü qədər inandığını bildirdi. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev 20 illik prezidentliyi dövründə hər bir vədini konkret əməli işdə təsdiqləyərək Ümummilli Liderin görmək istədiyi Azərbaycanı yaratdı. O Azərbaycanı ki bu gün qalibiyyəti ilə dünyaya səs salıb, yeni reallıqlar yaradaraq sözünün imzası qədər dəyərli olduğunu sübut edib.

Vüqar Rəhimzadə seçiciləri 7 fevralda keçiriləcək prezident  seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb. Bildirib ki, gələcəyimizlə bağlı yeni hədəflərə çatmaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın möhtəşəm uğurlarının davamlı olması üçün qalib Liderimizə səs verək, Onun ətrafında “dəmir yumruq” kimi birliyimizi bir daha nümayiş etdirək!