YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Cənab İlham Əliyevin siyasəti xalq tərəfindən birmənalı şəkildə dəstəklənir

Quba rayonunda seçicilər ilə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Quba rayonunun Qələdüz, Küpçal, Üçgün, Qımıl, Küsnət kəndlərinin və Qırmızı Qəsəbənin sakinləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Pisax İsakov, Saməddin Nəsirov, Kamran Əliyev, Tahir Nuruyev, Yusif Alıyev, Zaur Muradov və Lalə Beydullayeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin siyasəti xalq tərəfindən birmənalı şəkildə dəstəklənir.

Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəallıq göstərməyə və tarixə adını qızıl hərflərlə yazdıran qalib Liderə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər cənab İlham Əliyevin prezident seçkilərində alternativinin olmadığını bildiriblər.