YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçimimiz dəyişməzdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Qaradağ rayonu, "Qobu Park" yaşayış massivində məskunlaşmış Laçın rayonundan olan seçicilər ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təşviqat qrupunun üzvləri Ələmdar Şahverdiyev, Mikayıl Zeynalov, İbrahim Məmmədov və Nuranə Şükürova çıxış ediblər.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi və bölgədə aparılan tikinti-quruculuq işlərindən bəhs olunub.  Bildirilib ki, Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.

Çıxış edən natiqlər seçiciləri Azərbaycanın parlaq gələcəyinə, ölkəmizin yeni zəfərlərə imza atması naminə qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə  çağırıblar.