YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Xalq öz Müzəffər Lideri ilə inkişaf yolunda addımlamaq istəyir”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvü Vaqif Şadlinski və qazi Ceyhun Sədrayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf edir, ölkəmizdə bütün sahələr üzrə dinamik və davamlı tərəqqi əldə olunub.

Bildirilib ki, bu uğurlar dövlətimizi və xalqımızı işıqlı və parlaq gələcəyə aparan Prezidentimiz İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir. İstər yürüdülən uğurlu daxili və xarici siyasətinin nəticələri, istərsə də 44 günlük Vətən müharibəsində qazandığımız qələbə onu deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyev əvəzsiz liderdir.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. “Xalq öz Müzəffər Lideri ilə inkişaf yolunda addımlamaq istəyir. Ona görə də tərəqqiyə, rifaha, xoşbəxt gələcəyə səs verəcəyik” ,- deyə vurğulanıb.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.