Seçki-2024
“Yeni zəfərlər üçün qalib Liderə səs verəcəyik!”
İlk dəfə səs verəcək mingəçevirli gənclərlə görüş keçirilib
2024-cü ilin fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Mingəçevirdə ilk dəfə səs verəcək seçicilər ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, təşviqat qrupunun üzvləri Tural Kərimov, Kamal Əhmədov və Fuad Nəbiyev çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən qətiyyətli, müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir.
Natiqlər seçiciləri Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər isə “yeni zəfərlər üçün qalib Liderə səs verəcəyik!” ,- deyə vurğulayıblar.
Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, Mingəçevir şəhərinin Züleyxa Həsənova, Nəcəb Bəy Vəzirov və Babək küçələrində yaşayan seçicilərlə də görüş keçirilib.