YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP Gənclər Birliyi bölgələrdə səyyar görüşləri davam etdirir

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyi bölgə gəncləri ilə görüşləri davam etdirir.

Xüsusi brendləşdirilmiş avtobuslar ilə təşkil edilən növbəti səyyar görüşlər Qax və Beyləqan rayonlarında keçirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra YAP Gənclər Birliyinin üzvləri Emil Aslanlı, İlqar Axundov, Azərbaycan Respublikasının siyasi və dövlət xadimi Həsən Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək prezident seçkilərinin önəmindən, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlərdən, xüsusilə də gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edib, qarşıda duran hədəfləri diqqətə çatdırıblar.

Görüşlərdə, həmçinin bölgə gənclərinə seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumat verilib, ilk dəfə səs verəcək gənclərin məlumatlılıq səviyyəsinin artırılması ilə əlaqədar infosessiyalar təşkil edilib.

Səyyar platformalarda maarifləndirmə sessiyaları ilə yanaşı, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər və müxtəlif tematik müsabiqələr keçirilib.

Gənclər Azərbaycanın Zəfər tarixini yazan, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə - işıqlı sabaha aparan Liderə səs verəcəklərini və daim onun ətrafında sıx birləşəcəklərini ifadə ediblər.

Tədbirlərə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.