YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gəncliyin seçimi bəllidir

Xətai rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli  sürülmüş cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Xətai rayonunda ilk dəfə səs verəcək gənclərlə ə görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının  sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü Asif Əsgərov, təşviqat qrupunun üzvləri - Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov,  Cəlal İbrahimov və Ruslan Qasımov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, ölkədə keçirilən hər bir seçki prosesi  mövcud ab-havanın təqdimatıdır. 7 fevral tarixində prezident seçkilərinin keçirilməsini şərtləndirən əsas amillərdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasıdır. Müasir tariximizin zəfər səhifələri gənclərimizin Vətən sevgisini, dövlətinə və xalqına bağlılığını nümayiş etdirib. Gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunması Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışları sırasındadır.

Natiqlər qeyd ediblər ki, ilk dəfə səsvermə prosesinə qatılacaq gənclərimiz öz seçki hüquqlarından istifadə edərək Azərbaycanı daim zirvələrə aparan, bütün dünyaya qalib ölkə kimi tanıdan cənab İlham Əliyevə səs verərək uğurlu gələcəklərini təmin edəcəklər.

Gənclər səsvermə prosesində fəallıqlarını Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməklə təsdiqləyəcəklərini bildiriblər.