YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlham Əliyev Azərbaycanı işıqlı gələcəyə aparır

Nizami rayonunda ağsaqqal və ziyalılarla görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nizami rayonunda ağsaqqal və ziyalı seçicilərlə görüş keçirilib.

Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başlayıb, partiyanın namizədinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, təşviqat qrupunun üzvləri Bahadur Məmmədov, Yəhya Ağayev və Edilman Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev son 20 ildə Azərbaycanın dinamik inkişafını təmin etməklə ölkəmizi dünya miqyasında nüfuzlu dövlətlər sırasına çıxarıb. Eləcə də bu siyasət nəticəsində vətəndaşların  sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi daha da yüksəlir.

Bildirilib ki, cənab İlham Əliyevin gördüyü işlər, qazandığı uğurlar Azərbaycanı işıqlı gələcəyə aparır.

Ağsaqqal və ziyalı seçicilər də fikirlərini ifadə edərək artıq öz seçimlərini etdiklərini, hamılıqla 7 fevralda baş tutacaq seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi – qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Həmin gün rayon təşviqat qrupunun üzvləri növbəti görüşlərdə də iştirak ediblər.