YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Azərbaycanın tərəqqisinə səs verəcəyik!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Nərimanov rayonunda şəhid ailələri, müharibə veteranları və iştirakçıları ilə görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, təşviqat qrupunun üzvü Eldar Abbasov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun atası Arif Hümbətov, şəhid atası Azər Səidov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyev hər zaman vətəndaşların, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin yanında olub, onlara mütəmadi qayğı və diqqət göstərib. Ümumxalq məhəbbəti qazanan dövlət başçısının siyasəti birmənalı şəkildə dəstəklənir.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gələrək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.