Seçki-2024
Qalib xalqın seçimi İlham Əliyevdir!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sabunçu rayonunda seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, təşviqat qrupunun üzvləri Zülfüqar Cəfərov, Oruc Əhmədov, Mirdaməd Rəsulov, İsmayıl Əliyev və Pərviz Məmmədov çıxış ediblər.
Görüş zamanı dövlət başçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycanın sürətli inkişafa nail olduğu, bütün sahələrdə mühüm uğurların əldə edildiyi söylənilib. Qeyd olunub ki, Azərbaycan bu gün beynəlxalq arenada söz sahibi olan bir dövlətə çevrilib.
Natiqlər Yeni Azərbaycan Partiyası tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülən cənab İlham Əliyevə xalqımızın hər zaman olduğu kimi bu dəfə də dəstək verəcəyinə əminliklərini ifadə ediblər.
Seçicilər cənab İlham Əliyevin Azərbaycan xalqının yeganə seçimi olduğunu diqqətə çatdırıblar.