Seçki-2024
Eldar Mansurov: Bu seçkilər ölkəmizin gələcəyi üçün olduqca vacibdir
“Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində mən də iştirak edəcəm. Ümid edirəm ki, Azərbaycanda seçicilərin mütləq əksəriyyəti bu seçkilərdə aktiv iştirak edəcək”.
Bu fikirləri tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurov bildirib.
E.Mansurov seçiciləri fevralın 7-də seçki məntəqələrinə gedərək səsvermə prosesində fəal iştirak etməyə çağırıb. “Çünki bu seçkilər ölkəmizin gələcəyi üçün olduqca vacibdir. Bir mədəniyyət xadimi olaraq ölkəmizdə bu sahənin inkişafından çox razıyam. Azərbaycan mədəniyyətinin dünya tarixində özünəməxsus yeri və rolu var. Son 30 ildə ölkəmizdə mədəniyyət sahəsi böyük inkişaf yolu keçib. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinin inkişafına da xüsusi qayğı göstərir. Mən qarşıdan gələn prezident seçkilərində hər kəsi qalib Lider İlham Əliyevə səs verməyə çağırıram”,- deyə Xalq artisti vurğulayıb.