YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni reallıqlar qalib Lider İlham Əliyevin ətrafında sıx birləşməyi tələb edir

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident seçkiləri xalqın dövlətdən razılığının indikatorudur. Əgər ölkə rəhbəri siyasi kursunu düzgün seçməsə, dövlət uçuruma gedir və xalq çaşqınlıq içində olur. Təəssüf ki, belə bir vəziyyəti ötən əsrin 90-cı illərinin əvvəlində yaşamaq bizə də nəsib oldu. Amma xalqımız xoşbəxtdir ki, zamanında seçimini doğru edə bildi.

Vədinə sadiq olan qətiyyətli Lider!

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini uğurlara aparan siyasi kursu müəyyənləşdirdi və uğurla yerinə yetirdi. Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciət edərək demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ildə keçirilən prezident seçkilərində xalq Ulu Öndər Heydər Əliyevin tarixi çağırışına səs verdi. Xalqın böyük dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə və ərazi bütövlüyün qoruyacağına vəd verdi.

Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməklə xalqa verdiyi bütün vədlərinə əməl etmiş oldu. O, Ulu Öndərin siyasi kursu xalqımıza və dövlətə uğur, işıqlı gələcək gətirərək Azərbaycanı qalib ölkəyə çevirmişdir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin 20 ilində yeni Azərbaycan dünyaya günəş kimi doğdu.

Güclü dövlət, sosial rifah və firavanlıq

Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca vəzifə xalqın rifahının yaxşılaşdırılması ilə bağlı idi. Ona görə də hakimiyyətin ilk illərindən başlayaq sosial-iqtisadi inkişaf proqramları icra olunmağa başlandı. Paytaxtla bölgələr arasındakı fərqini aradan qaldıracağına söz verən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində Azərbaycanın hər bir bölgəsi yenidən quruldu.

Təbii ki, sosial sahədə uğurların əldə olunması üçün güclü iqtisadiyyat qurulmalı idi. Çünki iqtisadi güc olmadan heç bir sahədə uğur qazanmaq mümkün deyildi. Məhz Prezident İlham Əliyevin uzaqgörən uğurlu iqtisadi siyasəti Azərbaycanın neft-qaz sektorunda uğur qazandırmaqla yanaşı, qeyri-neft sektorunun da yüksək inkişaf etməsinə yol açdı. Son 20 ildə iqtisadiyyatın 4 dəfə artması da məhz doğru aparılmış iqtisadi siyasətin göstəricisidir.

Azərbaycan etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi...

İqtisadi və sosial cəhətdən güclənən Azərbaycan beynəlxalq layihələrin icrasını sürətləndirərək etibarlı tərəfdaşa çevrildi. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP və BTQ kimi layihələr Azərbaycanı Avropa ilə birləşdirdi. Ölkəmizin coğrafi yerləşməsindən düzgün istifadə edərək ərsəyə gətirdimiz nəqliyyat dəhlizləri Azərbaycanı Asiya ilə Avropa arasında körpüyə çevirdi.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanın ədalətli mövqeyini dünya tərəfindən qəbul etməsinə və Ermənistanı işğalçı kimi tanınmasına yol açdı. Ən böyük vəzifə torpaqların erməni işğalından azad edilərək bütün ərazilərdə suverenliyin bərpası ilə bağlı olmuşdur. Bunun üçün böyük bir yol getməli olduq. Bu yol yeni vətənpərvər gənc nəslin yetişdirilməsi, ölkədə sarsılmaz milli həmrəylik və birliyə nail olmaqdan keçirdi. Təbii ki, peşəkar ordu olmadan bu tarixi vəzifəni icra etmək mümkün deyildi.

 

Dünyada dostlarımızın sayının artması beynəlxalq arenada düşmənlərimizi məğlub etmək üçün vacib məsələ idi. 44 günlük Vətən müharibəsi zamanı ordumuzun və xalqımızn göstərdiyi qəhrəmanlıq, dost dövlətlərimizin düşmənlərə hərəkətə keçməyinə imkan verməməsi Zəfərimizi dönməz etdi və 20 sentyabrda bütün ərazilərimizdə suverənliyin bərpasına yol açdı.

Yeni dövrün başlanğıcı...

İndi isə yeni bir dövrün başlanğıcıdır. Bu yeni dövrdə milli-ideoloji inkişafın yeni istiqamətləri müəyyənləşməlidir. Bu gün Zəfərimizi həzm edə bilməyən dairələr vardır. Onla hər bir vasitə ilə ölkəmizi zəiflətməyə və öz çirkin niyyətlərinə nail olmağa çalışırlar. Yeni dövrün milli ideologiyası qalib Lider İlham Əliyevin ətrafında bizim daha sıx birləşməyimizi tələb edir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi inkişaf yolunu bəzi ölkələr yüz illər ərzində qət edə bilmir. Amma Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf etdi, gücləndi və müasir bəşər tarixində bir ilkə imza ataraq öz gücü ilə torpaqları işğaldan azad etdi.

Zəfərimizi həzm edə bilməyənlərə tutarlı cavab

Qarşıdan gələn seçkilərə Yeni Azərbaycan Partiyası “Qalib xalqın qalib Lideri şüarı” ilə qatılır və Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin namizədliyini müdafiə edir. İnanırıq ki, xalqımız 7 fevralda hamılıqla seçki məntəqələrinə axın edərək cənab İlham Əliyevi yenidən dəstəkləyəcəkdir. Bununla da xalqımız müstəqil Azərbaycanın parlaq gələcəyini dəstəkləmiş olacaq. Bu, həm də bu gün ölkəmizin Zəfərini həzm edə bilməyənlərə tutarlı bir cavab olacaqdır.