YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Daha qüdrətli Azərbaycan naminə!

Kəlbəcər seçiciləri qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Bərdə rayonunda kəlbəcərli seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, təşviqat qrupunun üzvləri Vəsilə Cəfərova, Elxan Misirov, Kamil İsayev, Əlizamin Məmmədov,  şəhid anası Şərqiyyə İlyasova və digərləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik Prezidentlik fəaliyyətində bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.

Qeyd olunub ki, tarixi zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanın sözünün dəyəri, beynəlxalq nüfuzu daha da artıb.

Sonda natiqlər seçiciləri bütün bu nailiyyətlərin qarantı, qalib xalqın qalib Lideri cənab İlham Əliyevə dəstək olmağa çağırıblar.

Görüşdə çıxış edən seçicilər də uğurlu gələcək naminə 7 fevral seçkilərində cənab cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.