YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqımızın ən dəyərli sərvəti Azərbaycanın müstəqilliyi və tərəqqisidir

Nizami rayonunun seçiciləricənab İlham Əliyevi dəstəkləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Nizami rayonunda gənclər, o cümlədən idmançı və tələbə seçicilərlə görüş keçirilib.

İlk öncə Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və partiyanın namizədinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, təşviqat qrupunun üzvü Leyla Məmmədova, müharibə əlili Mərdan Şahıyev və müharibə veteranı İbrahim Abzotov çıxış ediblər.

Çıxışlar zamanı Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətindən söz açılıb. Qeyd olunub ki, cənab İlham Əliyevin siyasəti ölkəmizin təbii sərvətlərinin insan kapitalına çevrilməsinə, Azərbaycanın dayanıqlı inkişafına yönəlib. Gənclərin ən böyük xoşbəxtliyi və bütövlükdə xalqımızın ən dəyərli sərvəti məhz Azərbaycanın müstəqilliyi, sabitliyi və tərəqqisidir.

Natiqlər Yeni Azərbaycan Partiyası tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülən cənab İlham Əliyevə xalqımızın hər zaman olduğu kimi böyük dəstək verəcəyinə əminliyini ifadə edib.

Gənc seçicilər də fikirlərini ifadə edərək fevralın 7-də seçimlərinin cənab İlham Əliyev olacağını vurğulayıblar.

Həmin gün rayon təşviqat qrupunun üzvləri yerlərdə seçicilərlə görüşüblər.