Seçki-2024
Xalq-iqtidar birliyi sabitliyin və inkişafın əsas amilidir
Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhər Uşaq İncəsənət Məktəbində yanvarın 16-da 10 və 13-cü mikrorayon ərazisində yaşayan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı Emin Hacıyev, təşviqat qrupunun üzvləri Ofelya Babayeva, Raqif Şirinov, Akif Zeynalov, Şirxan Səlimov və Mirzəağa Rəşidov çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurların bizi addım-addım böyük Zəfərə apardığı qeyd olunub. Natiqlərin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Təşviqat qrupunun üzvləri xalqımızın ən etibarlı və alternativsiz lideri cənab İlham Əliyevin uğurlu siyasətinin növbəti 7 ildə də davam etdirilməsi üçün bütün seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.