YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ziyalıların seçimi İlham Əliyevdir!

Sabunçu rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sabunçuda rayon ziyalıları və ağsaqqalları ilə görüş keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, partiyanın Veteranlar Şurasının üzvü Adilə Abasova, təşviqat qrupunun üzvləri Oruc Əhmədov, Oruc Məmmədov və Zakir Quliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, respublika həyatının müxtəlif sahələrinin inkişafı, müstəqilliyin möhkəmləndirilməsi həm dövlətin, həm də cəmiyyətin qarşısında duran başlıca məqsədlərdəndir. Bu prosesdə cəmiyyətin aparıcı qüvvələrinin mühüm rolu var.

Diqqətə çatdırılıb ki, cənab İlham Əliyevin mütərəqqi siyasəti milli həmrəyliyin gücləndirilməsini və ölkənin qüdrətinin daha da artmasını şərtləndirib. Ona görə də Azərbaycan xalqı öz Müzəffər Liderinin ətrafında sıx birləşib.

Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini, sosial-iqtisadi inkişaf və digər sahələrdə qazanılan uğurların davamlı olması üçün fevralın 7-də cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.