YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanı parlaq gələcəyə aparan Lider

Qəbələ seçiciləri cənab İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Qəbələ şəhərində seçicilərlə görüş keçirilib.

Əvvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, Milli Məclisin deputatı Ramil Həsən, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, təşviqat qrupunun üzvləri Esmira Əsədova, Saleh Məsimov, Teymur Alşanov, Qalib Nəbiyev, Reyhan Məmmədova və Nərmin Cabbarlı çıxış ediblər.

Çıxışlarda cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin keçdiyi misilsiz inkişaf yolundan geniş bəhs edilib. Bildirilib ki, Azərbaycanı işıqlı gələcəyə doğru aparan ölkə rəhbəri İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu siyasət onun alternativsiz lider olduğunu bir daha təsdiqləyir. 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində gənclər, o cümlədən idmançılar və tələbələrlə də görüş keçirilib.