Seçki-2024
Xalqımızın yeganə seçimi
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarıın 16-da Astara şəhərində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, təşviqat qrupunun üzvləri Natiq İbadov, Nadir Quliyev və şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi 2003-2023-cü illər ölkəmizin çoxəsrlik tarixinə möhtəşəm dövr kimi daxil olub. Ötən 20 il ərzində hər bir azərbaycanlının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda həssas sosial təbəqələrin, o cümlədən, qaçqın və məcburi köçkün, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, sağlamlıq imkanları məhdud olan insanların, həmçinin, aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, ilk dəfə olaraq müstəqil Azərbaycanda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.
Natiqlər seçiciləri hər bir azərbaycanlının Prezidenti, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər bildiriblər ki, budəfəki seçkilərdə də xalqımızın yeganə seçimi qalib Lider İlham Əliyev olacaq.