YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Cənab İlham Əliyevin siyasətinin mərkəzində xalqımızın rifahı dayanır

Xaçmaz rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Xaçmaz rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib.

Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Arif Əşrəfov, şəhid anaları Bibixanım Mirzəməmmədova və Pakizə Mehdiyeva çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycanın inkişaf strategiyası qarşıdakı dövr üçün yeni prioritetlər müəyyənləşdirib. Prezident İlham Əliyevin sosial məsələlərin həlli ilə bağlı ortaya qoyduğu siyasi iradə və ardıcıl addımlar cəmiyyətimizdə olduqca yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin siyasətinin mərkəzində xalqımızın rifahı dayanır. Şəhid ailələri və qazilər bu siyasətin ana xəttini təşkil edir.

Şəhid ailələri ilə görüşdə şəhid bacısı Kəmalə Babayevaya YAP-ın üzvlük vəsiqəsi təqdim olunub.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan partiyanın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər - şəhid atası Rafiq Məmmədov, şəhid anası Validə Hacıyeva qazi Yusif Əsədullayev  fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevincini yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.