Seçki-2024
Cəlilabadlılar yekdilliklə cənab İlham Əliyevi dəstəkləyirlər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Cəlilabad rayonunun Qarazəncir və Üçtəpə kəndlərində seçicilərlə görüş keçirilib.
Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Milli Məclisin deputatı Malik Həsənov, təşviqat qrupunun üzvləri Nəbi İsgəndərov, Günel Məmmədova, Yeganə Rzayeva, şəhid ailəsi üzvü Qiymət Salmanova və başqaları çıxış ediblər.
Çıxışlarda bildirilib ki, son 20 ildə qazandığımız nailiyyətlər tarixi reallıqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeniləşən, müasirləşən, qüdrətli dövlətə çevrilib. Həyata keçirilən islahatlar respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib.
Seçicilər fevralın 7-də keçiriləcək seçkilərdə səslərini son 20 ildə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirən cənab İlham Əliyevə verəcəklərini bildiriblər.