YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tərtərlilərin seçimi cənab İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da YAP Tərtər rayon təşkilatının inzibati binasında  və Sarov kəndində şəhid ailələrinin üzvləri, qazi, müharibə iştirakçıları, rayon ağsaqqalları, ziyalılar ilə görüş keçirilib.

Görüşlərdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid atası Bəhruz İsgəndərov, təşviqat qrupunun üzvləri Vəsilə Mehdiyeva, Hafiz Ələkbərov, Sərxan Yusifzadə, İman Almuradov və Zakir Bağırov çıxış ediblər.

 Çıxışlarda qeyd olunub ki, Ulu Öndər tərəfindən təməli qoyulmuş inkişaf siyasətini yeni çağırışlar şəraitində uğurla davam etdirən  Prezident İlham Əliyev Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb. O, ötən dövr ərzində xalqa verdiyi bütün vədlərini yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, son 20 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycana uğurlarının zirvəsində dayanan Zəfər sevincini yaşatdı.

Çıxışçılar seçiciləri bütün bu nailiyyətlərin, qələbələrin təminatçısı olan Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər.