YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Cənab İlham Əliyevə səs vermək rifahı, yüksəlişi və tərəqqini seçməkdir

Salyan rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Salyan rayonunun Yenikənd kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, təşviqat qrupunun üzvləri Səlimağa Səlimli, Yaqut Ələsgərova, Sehranə Rzayeva, Fərqanə Cəbrayılova, Sahib Həsənov və şəhid atası İsaxan İmanov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ilə qazanılan böyük Zəfər çoxərslik Azərbaycan tarixinin təkrarı ol­mayan nadir hadisəsidir. Torpaqlarımız məhz vətənpərvər ruhda yetişmiş Azərbaycan gənclərinin, hərbçilərin canı və qanı hesabına işğaldan azad olunub. Bu fakt gənclərimizin Vətən uğrunda böyük fədakarlığının göstəricisidir.

Natiqlər bildiriblər ki, dövlətimizin siyasi həyatında ən vacib hadisəyə – prezident seçkiləri gününə mətin addımlarla gedən xalqımız həmişə olduğu kimi, bu dəfə də demokratik və azad prezident seçkisində hamılıqla iştirak edəcək, öz layiqli rəhbəri olan qalib Liderini – cənab İlham Əliyevi seçəcək.

Görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəklədiklərini və bu siyasətin davamlı olması üçün fevralın 7-də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.