YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan son 20 ildə möhtəşəm nailiyyətlər qazanıb

Suraxanı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Suraxanı rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova və Sevinc Fətəliyeva  çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarından  ətraflı bəhs ediblər. Bildirilib ki, Azərbaycan son 20 ildə möhtəşəm nailiyyətlər əldə edib. Cənab İlham Əliyevin uzaqgörən siyasəti şanlı Zəfərimizi təmin edib.

Çıxış edənlər ölkəmizin yeni dövrün astanasında olduğunu vurğulayıblar. 7 fevral seçkiləri müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcək. Bu seçkilərdə alternativsiz Lider İlham Əliyevin qələbəsinə əminlik ifadə olunub.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.