YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qubadlı rayonundan olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yanvarın 15-də Qubadlı rayonundan olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupunun üzvləri Əvəz Həsənov, Sevinc Məmmədova, Ədalət Əsədov çıxış ediblər.

Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında son 20 ildə Azərbaycanın keçdiyi böyük inkişaf yoluna nəzər salınıb, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığı söylənilib. Qeyd olunub ki, bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasət, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan qələbə, işğaldan azad edilmiş torpaqlarda görülən böyük bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qürurverici hadisə kimi Azərbaycanın tarixi səlnaməsinə qızıl hərflərlə əbədi yazılacaq. Cənab İlham Əliyev bütün vədlərini yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.