YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfərdən zəfərlərə...

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Pirallahı rayonunda görüş keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, təşviqat qrupunun üzvü Arzu Cahangirova və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, ölkənin avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası “Qalib xalqın qalib Lideri!” şüarı ilə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edir. Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, ictimai həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Ulu Öndərin yeni bir paradiqma kimi cəmiyyətə təqdim etdiyi azərbaycançılıq məfkurəsi xalqımızı ən çətin anlarda  birləşdirən və həmrəy edən məhək daşına çevrildi. 44 günlük Vətən müharibəsi dövründə biz bu ideyanın nə qədər dəyərli və həyati qabilliyətli olduğunu bir daha gördük.

Görüşdə bildirilib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə YAP-ın ideoloji tezislərindən faydalanan bugünkü Azərbaycan sürətlə dəyişən post-modern və digital dünyada milli-mənəvi dəyərləri qoruyaraq inkişafa nail olmağın mümkünlüyünü sübut edən tərəqqi modelinə çevrilib.

Çıxış edən natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident,  Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.