YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq-iqtidar birliyi cənab İlham Əliyevə inam və etimadın göstəricisidir

Binəqədi rayonunda seçicilərlə görüş keçirilib

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

Tədbirdən öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri Asəf Zamanov, Aslan Mehdiyev, Fikrət Əliyev və şəhid atası Şahin Sadıqov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi strategiya bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla və məqsədyönlü şəkildə davam etdirilir. Ölkəmizdə bütün sahələrin inkişafını hədəfləyən islahatlar həyata keçirilir. Azərbaycanın beynəlxalq nüfuzu, xalqımızın həyat şəraiti və rifahı daha da yüksəlir. Dövlət-xalq-iqtidar birliyi xalqın dövlət başçısı cənab İlham Əliyevə inamının və etimadının göstəricisidir. Bütün uğurlarımızın əsas əhəmiyyətini isə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə daha da artırır. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi tarixi Zəfər, işğal altındakı torpaqlarımızın azad edilməsi qəhrəmanlıq salnaməsidir.

Diqqətə çatdırılıb ki, bu seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.