YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Azərbaycanı Zəfər zirvəsinə yüksəldən Liderə səs verəcəyik”

Ordubad rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Ordubad Rayon Mədəniyyət Sarayında seçicilərlə görüş keçirilib.

Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Ordubad rayon təşkilatının sədri Etibar İsmayılov, təşviqat qrupunun üzvləri Könül İsmayılova, Elnur Əsgərov və İradə Babayeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün də məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində cənab Prezident müasir, müstəqil, suveren, bütöv Azərbaycan, yeni Azərbaycan qurub. Artıq Azərbaycan dünyada inkişaf diyarı, multikultural dəyərlərin və tolerantlıq mühitinin hökm sürdüyü sabitlik adası, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır.

Nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin sentyabrında bir çağırışı ilə bütün xalqı və ordunu ayağa qaldırdı. Rəhbər-xalq-ordu birliyi cəmi 44 gün ərzində böyük Zəfərə imza atdı. 30 ilə yaxın işğalda qalmış ərazilərimiz azad olundu. Bu Zəfərlə yalnız 30 ilin deyil, əsrlərin qisası alındı. Azərbaycan bir dövlət, bir millət kimi özünü bütün dünyaya tanıtdı, gücünü, qüvvətini təsdiqlədi.  Ona görə də qarşıdan gələn seçkilər haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gələrək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.  

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gələrək xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.