YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İlham Əliyev bütün vədlərini yerinə yetirib

Babək sakinləri qalib xalqın qalib Liderini dəstəkləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində  seçicilərlə görüş keçirilib.

Görüşdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Babək rayon təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı İsa Məmmədov, təşviqat qrupunun üzvləri Nəcəfalı Rəsulov, Hüseyn Niftəliyev və Tofiq Abutalıbov  çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndərimiz Heydər Əliyev 2003-cü ilin prezident seçkiləri zamanı canı qədər sevdiyi xalqımızın gələcək taleyini özünün layiqli varisi və davamçısı cənab İlham Əliyevə etibar edərkən, onun lider və şəxsiyyət kimi bu məsuliyyəti öz çiyinlərinə götürməyə hazır olduğunu yaxşı bilirdi. Müdrik siyasətçi, qətiyyətli, qüdrətli lider İlham Əliyevin sayəsində Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər birmənalı olaraq Ulu Öndərin haqlı olduğundan xəbər verir.  

Bildirilib ki, Prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə  yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük nailiyyət və möhtəşəm Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

Çıxış edənlər görüş zamanı 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək müzəffər Ali baş komandan, Lider, xalqımıza Zəfər sevinci yaşadan qalib sərkərdə İlham Əliyevə səs  verəcəklərini bildiriblər.