YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan qətiyyətli Lider İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir

Tərtər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Tərtər rayon Mədəniyyət Mərkəzində və Borsunlu kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Tərtər  rayon təşkilatının sədri Eldar Əsədov, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, təşviqat qrupunun üzvləri Kamil Məmmədov, Vaqif Əliyev  və İlham  Məmmədov, Oqtay Sarıkişiyev, Səlimə Yusibova və  Ceyhun İsmayılzadə çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü siyasət həyata keçirib. Cənab Prezidentin rəhbərliyi ilə son 20 il ərzində Azərbaycan böyük və şərəfli  inkişaf yolu keçib, möhtəşəm tarixi zəfərlər qazanıb. Ölkə rəhbərinin həyata keçirdiyi möhtəşəm işlər dövlətimizin inkişafına və güclənməsinə xidmət edib. Bütün bu uğurların təməlini isə güclü iqtisadi inkişafımız və davamlı sabitliyimiz təşkil edir. Hazırda Azərbaycan regionun qalib ölkəsi kimi qətiyyətli Lider İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir.

Görüşün sonunda tərtərlilər cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.