YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərə məhz İlham Əliyevin rəhbərliyi ilə nail olmaq mümkündür

Nərimanov rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Nərimanov rayonunda seçicilərlə görüş keçirilib.

Rayon ziyalıları və ağsaqqallar ilə keçirilən görüşdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov, təşviqat qrupunun üzvü Eyvaz Hünbətov və digərləri çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin son 20 ildə Azərbaycan xalqı və dövləti üçün gördüyü misilsiz işlərdən bəhs olunub.  Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqın alternativsiz lideri olduğu diqqətə çatdırılıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmizin bütün sahələr üzrə inkişafa nail olduğu qeyd olunub. Bildirilib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bugün artıq regionda yeni reallıqlar yaradıb. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni dönəmə qədəm qoyub, bu dönəmdə dövlətimizi və xalqımızı gözləyən böyük uğurlarla bərabər, işğaldan azad olunmuş torpaqlarda yeni həyatın, Böyük Qayıdışın davamı və əsas məqsədə çatmaq dayanır. Gələcəkdə bizi gözləyən böyük Zəfərlərə isə xalqın qalib Lideri  İlham Əliyevlə imza atmağın mümkün olacağı diqqətə çatdırılıb.

Yekunda çıxış edənlər hər bir seçicisini qarşıdan gələn prezident seçkilərində fəal olmağa, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Prezident, Ali Baş Komandan İlham Əliyevin son 20 ildə imza atdığı uğurları özündə əks etdirən videoçarx nümayiş olunub.