YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Möhtəşəm Zəfər cənab İlham Əliyevin fəth etdiyi ali zirvədir

Xaçmaz rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Xaçmaz rayonunda  ilk dəfə səs verəcək  gənc seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Yetkin Mehmanov, Esmira Babayeva, Vüsal İskəndərov, Qəhrəman Qasımov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, YAP prezident seçkilərinə “Qalib xalqın qalib Lideri” şüarı ilə gedir. Bildirilib ki, Azərbaycan xalqı bu gün çoxəsrlik ta­rixi inkişaf yolumuzda özünün ən şərəfli dövrünü yaşayır. İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu ilə qazandığı böyük Zəfər çoxərslik Azərbaycan tarixinin təkrarı ol­mayan nadir hadisəsidir. Müstəqil ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə təmin olunması cənab İlham Əliyevin fəth etdiyi ali zir­vədir. Torpaqlarımız məhz vətənpərvər ruhda yetişmiş Azərbaycan gənclərinin, hərbçilərin canı, qanı hesabına  işğaldan azad olunub. Bu fakt gənclərimizin Vətən uğrunda böyük fədakarlığının göstəricisidir.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gələrək qalib Lider, gənclərin dostu, xalqımıza Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Xaçmaz rayonunun Qımılqışlaq kəndində də seçicilərlə görüş keçirilib. Görüşdə iştirak edən YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Arif Əşrəfov, Abasyar Heydərov, şəhid anası Bibixanım  Mirzəməmmədova və başqaları seçiciləri yeni dövrdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.