YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni Zəfərlər qazanmaq üçün...

Hacıqabul seçiciləri cənab İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də  Hacıqabul şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri Sahib Aslanov, İbrahim İbrahimov və Aytən İmanova çıxış ediblər.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin layiqli varisi cənab İlham Əliyev son 20 ildə Azərbaycanın inkişafında müstəsna xidməti olan liderdir. Məhz onun rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Prezident İlham Əliyevin şəxsi nəzarəti və diqqəti  ilə bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir.  Qarşıda isə yeni hədəflərimiz və planlarımız var. Bu məqsədlərimizə nail olmaq üçün prezident seçkilərinin keçirilməsi zəruri idi.

Çıxışçılar bildiriblər ki, 2003-cü ildən bu günədək “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalan, sözü imzası qədər keçərli olan cənab İlham Əliyev Azərbaycan xalqının sonsuz inamını və güclü etibarını qazanıb. Məhz bu səbəbdən də 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində olduğu kimi bu seçkidə də Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyev Azərbaycan xalqının böyük dəstəyi ilə yenidən inamlı qələbə qazanacaq. Ulu Öndər Heydər Əliyev yolu Azərbaycan xalqının şüurlu seçimidir və bu yol ölkəmizi durmadan inkişaf etdirəcək, yeni Zəfərlərə qovuşduracaq.

Natiqlər seçiciləri aktivlik nümayiş etdirməyə, prezident seçkilərində fəallıq göstərməyə, Azərbaycan xalqı dövlətimizin parlaq gələcəyinə, inkişafına, ölkəmizdəki əmin-amanlığa, bir sözlə, yeni zəfərlərə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.