YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Laçınlıların seçimi dəyişməzdir!

Sumqayıt şəhərində yaşayan laçınlı seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Sumqayıt şəhərində yaşayan laçınlı seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Mahir Abbaszadə, təşviqat qrupunun üzvləri Şikar Qasımov, Sevinc Əliyeva, Mikayıl Zeynalov və şəhid atası Ağayar Abbasov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, ötən dövr ərzində Prezident  İlham Əliyev xalqa verdiyi bütün vədlərini yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Artıq Laçın şəhərinin və Zabux kəndinin sakinləri doğma yurdlarına qayıdışın sevincini yaşayırlar. Artıq həmin sakinlər üçün yerlərdə seçki məntəqələri yaradılıb. Çox qürurludur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər respublikamızın bütün ərazisində, o cümlədən Laçında keçiriləcək.

Bildirilib ki, Laçın əhalisi Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə bütün yaşayış məntəqələrinin bərpa olunacağına əmin olduqlarını ifadə ediblər.

Çıxış edən laçınlılar 7 fevral seçkilərində xalqımıza, o cümlədən Laçın əhalisinə qələbə sevincini yaşadan alib Lider İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.