YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni Azərbaycan Partiyası təşviqat kampaniyasına start verib

2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq yanvarın 15-də seçkiqabağı təşviqat mərhələsi başlanıb.

Yeni Azərbaycan Partiyası təşviqat kampaniyasına uğurla start verib.

YAP-ın yerli seçki qərargahları seçki kampaniyasının  bu mühüm mərhələsinə hazırlıq işlərini başa çatdırıblar. Yanvarın 15-də gecə saatlarından etibarən təşviqat xarakterli seçki plakatları qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilmiş ünvanlarda yerləşdirilib.

Qeyd edək ki, seçkilərə “Qalib xalqın qalib lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin  2023-cü il dekabrın 15-də keçirilmiş iclasında partiyanın Sədri İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib. Mərkəzi Seçki Komissiyasının 2023-cü  il  dekabrın 30-da keçirilmiş iclasında  İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınıb.